Şükriyyəm üçün
Bir gülsən, dərmişəm gənclik bağından,Bir gülü, çiçəyi dərmərəm sənsiz.Kam aldın ömrümün oğlan çağından,Bir bağa, bağçaya girmərəm sənsiz.
Söylə yadındamı Çakva, Batumi?Ovladın könlümü, çaldın ruhumu!Kamana dönmüşdü qəlbimin simi,Hurini, mələyi görmərəm sənsiz!
Nə çoxdur dünyada qənirsiz pəri,Gözümə görünməz daha heç biri!O qızıl saçları, ipək telləriƏl atıb birini hörmərem sənsiz.
Məndən xoşbəxt varmı dünyada, deyin?!Ey telli yavrusu Süleyman bəyin!Bəxtim tərlan imiş: yeyindən yeyin!Heç kəsə bu bəxti vermərəm sənsiz!
Səninlə gəzərəm eldən-elə mən,Bataram, çıxaram seldən-selə mən.Düşsəm də ağıza, dildən-dile mən,Yaşaya bilmərəm bir kəram sənsiz!
Sonatək göllerdə üzsən də mənsiz,Quş olub göylərdə süzsən də mənsiz,Sən Əsli qalsan da, dözsən də mənsiz,Alışxb yanaram mən Keram sənsiz!
Şükriyyə taleyim, şükür xudaya!Gördüyüm doğrumu, yoxsa pək röya?!Dolub ürayimə bu dadlı xülya,Şirin günlərimi sürməram sənsiz!
Əvət, bu sevdanın səfası çoxdur,Sevdasız həyatın mənası yoxdur!Gözlərin yıldızdır, kipriyin oxdur,Ürək qubar olar - can verəm sənsiz...
Şerimin özüsən, sözü - ahəngi!Üzündə bərq vurur güllərin rəngi!Xəyalın, cəmalın gözəl çələngi!İlham yetim qalar, ağıl kəm sənsiz!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-sukriyyem-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənin səsin, gözəl qız,Səslərin ən gözəli.
Sən bəni bircə an gözləməsən dəSən bəni bircə an gözləməsən dəSəni ömrüm boyu gözləyəcəyəm!
Min dəfə gülsən də, demərəm sağ olMin dəfə gülsən də, demərəm sağ ol,Sən ey həyatıma, ömrümə qənim!
Demişdin: “Ölüm do ayırmaz bizi!”Demişdin: “Ölüm do ayırmaz bizi!”Sənə kim demişdi, de, bu cümləni?
Başqa şairlərin şeirləri
Göydə buludlarla toqquşur ahım,Başımın üstündə şimşəklər çaxır.
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.