O qıza
Ömür dedikləri, çarpaşıq bir yol,O çarpaşıq yolun yolçusuyam mən.Gəl, yolum üstündə bir sözüm vardır,Gözəl qız, bu yolda Xızırım ol sən!
Sevda dedikləri çılğın bir dəniz,Bən çıxdım denizə, qaldım yelkənsiz.Bən ölmək, qurtarmaq istəməm sənsiz,Sənsiz hər ikisi nə gündür bilsən?!
Söylərsəm dərdimi göydə yıldıza,Olur pək pərişan dərd yaza-yaza...Bir soran yoxdur ki, o gözəl qıza -Verdiyi dərdlərin dərmanı kimdən?!
Çılpaq omuzlara pərişan tellərTökülər, aşiqi pərişan eylər.Neyləyim, dərd bilən deyil bu ellər,Ağla, yazıq könlüm, yoxdur bir kimsən.
Kitabxana.az · https://kitabxana.az/works/cavad-o-qiza
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey axund, ey pişivayi-əhli-im an, bir utan!Əllərindən dad edir ehkami-Quran, bir utan!
HaralısanNerəlison, cənnətdirmi məkanın?M əlokmisən, nə dadlıdır lisanın?
HərbzadələrəEy görünməz dost elindən gələn quş!Hansı murdar əllər yıxmış yuvanı?
FüzuliÜfüqlərdə günəş söndü bir axşam çağıÇox uğursuz bir qaranlıq çökdü dünyaya,