Musa Cəlilə
O gün ki, üstünü cəlladlar aldı,Günahsız töküldü müqəddəs qanın.Bizim dərdimizdir, yarımçıq qaldıSənin söz dastanın, həyat dastanın.
Biz səni sevirdik canla, ürəklə,Çünki sən ürəklə sevirdin bizi.Çalardın sazında minbir diləkləBizim eşqimizi, iradəmizi!Qardaş! Sən ürəklə sevirdin bizi.
Yarandın, yaşadın şanlı bir gündəSözün ulduz-ulduz, çiçək-çiçəkdir.Xatirən daim torpaq üstündə,Yaşıl bir ot kimi göyərəcəkdir…
Sənin qəlbin kimi safdır, dümağdırVətən göylərinin ağ ulduzları.Adına nəğmələr oxuyacaqdır,İdil yılğasının tatar qızları.
Mənim şair dostum, şair qardaşım!Vüqarın böyükdür uca dağ kimi.Sənin hünərinlə mənim də başımUcaldı göylərə bir bayraq kimi…
Neçə sərhəd aşır, el gəzir şeir,Yurd salır neçə min ürəkdə, canda.Sənə oğlum deyir, öz balam deyir,Mənim ana yurdum Azərbaycan da!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-musa-celile
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay gözəllik çadırını açıb, buludlarda,Yenə bizim ay başına dolaharkən buludlar da
Hürmüz və ƏhrimənAzərbaycan, gözəl bir yaz… Həyat bolluq, işıq çoxdur,Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.
Bakının dastanıNeçə ildir könül deyir söylə, şair,Şeir, sənət gülzarında Bakı hanı?
Zəncinin arzularıO, kürsüyə sinə gərdi. Danışmadı, susdu bir dəm,Çatıb qara qaşlarını, fikrə getdi o bir anlıq;
Başqa şairlərin şeirləri · Eşq
Biydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.
Lirik mahnı“Onu bağışlamaq olarmı?” filmindən*Yenə gəldi ilk bahar
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.