Mən tələsmirəm
Dostlar, badələri qaldırın içək!
Gecə ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qucağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər -
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən-dənizə atsa da məni,
Qorxma! Ürəklə de: "Uğurlar ola!"
Dur, bütün aləmi gəzək qol-qola.
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!..
-
Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağlan qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hor gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən-dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!
-
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın… sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?
-
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı, şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın
Bir günün ərzində aylarla yansın.
Al günəş, gözündən nur yağa-yağa…
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!
Все в звездах небо, с моря дует ветер.Мы встретим со стаканами зарю.Не говорю: «Забудем все на свете!»«Согреемся немного», — говорю.Пусть длится ночь, пусть опоздает утро,В объятьях дум сижу я у огня.Пусть то, что я скажу, не так уж мудро,Но мудрость друга — выслушать меня!Пока любить и петь я мучим жаждой,Пока живой, теплом земли дышу,Я жизнь продлю в ее мгновенье каждом.Мне некуда спешить.Я не спешу.Любовь моя! Чтоб лет моих не выдать,Не говори, что я устал и стар.Я видел меньше, чем хотел бы видеть!Встань, обойдем земной летящий шар!И если парус дум моих летучихНас бросит в океаны и моря,Не бойся! Я дорог не знаю лучших,Чем те, где не встают на якоря.Звезда ль меня лучами с неба тронет,Иль я звезду на небе погашу,Пусть радость и печаль своих коней не гонят.Мне некуда спешить.Я не спешу.И ты, мой друг-охотник, всю округуОблазивший со мною на веку,Давай пройдемся медленно по лугуИ «здравствуй» скажем каждому цветку.Я должен над цветами наклонитьсяНе для того, чтоб рвать или срезать,А чтоб увидеть добрые их лицаИ доброе лицо им показать.Они раскроются по доброй волеНа час, на день, на сколько попрошу!Куда спешить мне? Я не ветер в поле!Мне некуда спешить.Я не спешу.Пусть туча медленней пройдет над нами,Пусть медленней течет река. И пусть,Весь мир на капли разделив глазами,Я каждую запомню наизусть.Не думай, я не постарел, я простоХочу, чтоб все в нас оставляло след,Чтоб мы, не доживающие до ста,Прожить умели за день десять лет.Пусть не спешит перо в руке поэтаСкорее книгу жизни завершить.Пусть длится день! Пусть вертится планета!Я не спешу.Мне некуда спешить.1953
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-men-telesmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vuruldum o gün ki, şerə, sənətəUnutdum sevdiyim əyləncələri.
Ordenli qəhrəmanYenə də sayrışır göydə ulduzlarGecədən keçmişdir, doğmayır səhər.
Torpağın tələbiŞairim! Qələmi götür də dinlə,Bir yeni dastan yaz öz əllərinlə!
KislovodskGöylər pərisini görmək əməliGözümdə qalmışdı çocuqluğumdan...
Başqa şairlərin şeirləri
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən