Kislovodsk
Göylər pərisini görmək əməliGözümdə qalmışdı çocuqluğumdan...Tanış olmadığım dağlar gözəliPərişan yuxuma girdiyi zamanBir gecə, bir yuxu, bir də ikimizAnd içib, söz verdik gələcəyə biz!Bu torpaq da bilir, bu göy də bilir –Əzəldən aşiqəm mən gözəlliyə.Saçlarım ağarır, gücüm əskilirGünlərin boş yerə keçməsin deyə;Açılsın qarşımda hər dağ, hər dərə,Qələm çalmalıyam gözəlliklərə!Ey günəş! Ey bulud! Ey əski dostlar!Adınız gələndə titrəyir dilim.Mənim təbiətə bir səfərim var,Səsimə səs versin doğma sevgilim!Bu tənha gecənin qoynunda barıXəyalım seyr etsin ağ buludları.Dayanmış yanaşı yaşıl təpələr,Durur hər qapıda boylu bir çinar;Günəş yana - yana, yağış səpələr,Xilqətin nə böyük bir cəlalı var!Axır qıjıltıyla köpüklü çaylarDüşür qucağma ulduzlar, aylar.Başını yastığa qoyanda insan,Günəş kəhər ata minənə qədərAxır damarlarda şırıl-şırıl qan;Ətirlər içində oyanır səhər.Budur mən dediyim dünya gözəli!Onu bəzəmişdir xilqətin əli.Böyük bir ölkənin hər bucağındanTatar da, gürcü də, türk də, çeçen dəAyrılıb gəlmişdir öz ocağından.Burda müsafir də, yoldan keçən də,Durur bu lövhənin qarşısında şən,Qarışır bir yerə deyib gülüşən.Budur bax, qarşımda Hava xramı,Günəşin altında çılpaq omuzlar * ,Dağların döşünə sərilmiş hamı,Söz atır oğlanlar, gülüşür qızlar.Günəş gizlənməkdə, üfüq qırmızı –Elə bil donmuşdur buludlarda qan.Ruha tanış gələn Qaraçay qızıŞahin vüqarilə keçir yanımdan.Hörüklü saçları iki qatardır,Durna baxışları dəniz kimi lal;Qanımda, qəlbimdə bir axın vardır,Mənə tanış gəlir üzündəki xal...Mən "dayan!" deyirəm, o deyir "sürət!"Dinib danışmayır canlı bir insan;Bu bəlkə əskidən qalma bir adət,Bəlkə də qısqanır nişanlısından?Dağların döşündə cərgələnərək,Durmuş ordu kimi şam ağacları;Dumanlar, çiskinlər dağdan enərəkYürüyür şəhərin üstünə sarı.Birdən şimşək çaxır, göy guruldayır,Qışqırır qocalar, ömrü yarılar;Qayalar dil açıb bərk uğuldayır.Günlüyün altına dolur qarılar.O yanda bir dağ ki, dörd yanı dərə,Onun zirvəsində çadır durur tək.Çıxıram döşlərə moş * dərə-dərə,Çadırı oynadır əlində külək.Baxıram heyrətlə "Qırmızı daşa",Üstündə Leninin heykəli vardır.Könül salam verir yara, yoldaşa,Duyub yaşayanlar nə bəxtiyardır!Sakit dərələrə səs sala-salaAçıq pəncərəli qatarlar gedir.Müsafir yolçular boylanır yola,Dağlar gözəlini ziyarət edir.Hər daşın dibində qaynayır narzan,Köpürüb ağarır qabarcıqları,Ən uzaq yerlərə xəbər aparsan,Karvanlar axışar bu yerə sarı.Unudub bir zaman ellərimizi,Burda nəfəs alıb dincəlirik biz;Təbiblər narzanda çimdirir bizi,Bərkiyir boşalmış sinirlərimiz.Yarın səfəri var bu insanların,Baxışlarda həyat, qollarda qüvvət...Burda təmizləşən qara qanlarınGücilə yaranır həyat və sənət!Göylər pərisini görmək əməliGözümdə qalmışdı çocuqluğumdan...Tanış olmadığım dağlar gözəliPərişan yuxuma girdiyi zamanBir gecə, bir yuxu, bir də ikimizAnd içib, söz verdik gələcəyə biz...
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-kislovodsk
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
ای خوشا خاطر ز نور علم مشحون داشتنتیرگیها را ازین اقلیم بیرون داشتن
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Ay üzə, üzəAy nazənin, dərdin mənim canımıAz qalıb incəldə ay üzə, üzə.