Alqış
Girib Şah dağının qoynuna sarıGetdikcə gözlərdən uzaqlaşdınız;Qartallı Qafqazın mərd oğulları,O qarlı dağları asan aşdınız.O boz dumanlarda qanad salır quş,Soyuqdan od kimi qızarır üzlər.Deyirlər sizə bir əyləncə olmuşYuxusuz gecələr, yorğun gündüzlər.O dar keçidlərin qucağında sizÇaldnız ilk dəfə "Budyonnu marşı".Dildə dastan olan tunc iradənizNələr vəd eylədi düşmənə qarşı?!Qatır dırnaq salan qayalıqlarıBir yeni qüdrətlə yanb keçdinız.Əridi hirsindən dağların qarı,Bulaqlar başında yeyib içdiniz.Dönüb qaçmadınz borandan, qardanVar olsun qəhrəman böyüdən ana!Gelir sorağınız manevralardan,Alqış ananıza - Azərbaycana!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-alqis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dinlə məni, gozəl bahar!Qəlbinlə dinlə.
Şairin səsiAxşamdan bəridir könlümdə yenəHirsli fırtınalar, qasırğalar var.
DönüşAh, nə zaman ki, duyğularım ac,Gözlərim səmimi bir şerə möhtac,
Bir az gülmək üçünSöylə sən ey, təbiət! Yoxmu sənin günəşin?Bu qaranlıq gecələr həmişəlikmi əşin?