Orta əsrlərdən qalma bir saray…Yan-yana düzülmüş böyük salonlar;Nə sayım! Bir deyil, beş deyil onlar,Aynabənd qapılar açılmış tay-tay…

Mərmər döşəmələr üstə xalılar,-Bəzisi Hinddəndir, bəzisi Çindən.Hər kiçik nəqşədə bir od rəngi var,Elə bil od çıxır zülmət içindən…

Xəyalı pəjmürdə, ürəyi səsdə,Yaxır hind qızının qəlbini odlar;Onun toxuduğu xalılar üstə,Qol-qola tutuşub rəqs edir lordlar.

Neçə min möhtəkir gəlmiş bu axşamBu bol ziyafətdə müftə yeməyə!..Donmuş ürəklərdə sönük bir ilhamDiplomat dililə sağlıq deməyə.

Xörəklər müxtəlif, şərablar rəng-rəng,Zəncinin, həbəşin qanıdır onlar.Afrika soyulur… Qan-tər tökərək,Qul kimi çalışır orda milyonlar.

Yelpazəli xanım, fraklı serlərGülür toqquşduqca qədəh qədəhə.Döşü nal medallı seçilmiş merlərOnuncu əsrdə yaşayır hələ.

"Xüsusi hörmət var" bu axşam bizə-Sovet dövlətinin elçilərinə.Yüz sağlıq deyilir şərəfimizəDüşmən can desə də, düşməndir yenə…

Dodaqlarda gülüş, ürəklərdə kin,Qurdu tanıyarlar qurd baxışından.Deyin, şeir yazan bir bolşevikinQəlbi açılarmı lord alqışından?

Bu axşam o qədər qəzəbliyəm ki,Qəlbimdo od tutub yanır intiqam.Hirsimdən az qala sağ əlimdəkiQədəhi bir lordun başına çırpam.

Məni qınamayın! Ağırdır, dostlar.Qatillər evində məclis keçirmək.Hər düşmən gözündə neçə hiylə var,Onlan duyduqca iyrənir ürək…-Qarşımda üzünün dərisi çil-çilBir ledi dayanmış, əlində əlcək.Əri yanındadır — cənab ÇörçillMənə əl uzadır təzim edərək.

O, tox qaban kimi fısıldayır, bax!Onun dərisindən süzülür yağı.Qalın qaşlarını bərk-bərk çataraq,Səssizcə qımışır iblis sayağı…

"Bakı! Bakı!" deyib, üzümə baxır,Elə bil od tutub yanır bədənim.Canımdan tüstülər, dumanlar qalxır.Hirsimdən əllərim titrəyir mənim!

"Bəli! Bakılıyam! Öz şöhrətim var,

Mənim babam olmuş 26-lar…Gərək yadınızdan çıxmamış ola!"Baxır qoca iblis gülümsəyərək.O sağa çevrilir, mən isə sola,Bir mərmiyə dönür sinəmdə ürək .

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri