Bu gün könlüm evi yenə abaddırŞanlı, təntənəli bir şəhər kimi.İlham pərisi də qəmdən azaddır,Gülür taleyimə bir səhər kimi...Keçir alay-alay gözümdən bu anGöyün də, yerin də qəhrəmanları.Nur yağır insanın baxışlarından,Xəyalım fəth edir asimanları.Bir budaq üstündə bir yaşıl yarpaq,Bir dağ döşündəki at kişnəməsi,Bir kənd evindəcə yanan bir çıraq,Bir aşıq qəlbinin saz şikəstəsi.Bir Vətən eşqilə cahanda şaddır,Mənim könlüm kimi qəmdən azaddır.

Bir su kənarında sadə çiçəklik,Günəşli, gündüzlü azad bir səhər,Muğan düzündəki xınalı kəklik,Baharın müjdəsi o bənövşələr,Hələ dağ başında gördüyüm qar da,Uçan böcəklər də, qarışqalar daBir Vətən eşqilə cahanda şaddır,Mənim könlüm kimi qəmdən azaddır.O sevda yolçusu, mehriban ceyran,O ağ buludlarla döyüşən dağlar,İnsanın eşqinə, hüsnünə heyranGünəşin elçisi bu nazlı bahar,Füzuli şerinin sirdaşı bülbül,Gülləri sayrışan hər bağça, hər bağ,Bizim gəlin kimi həyalı sünbül,Gözəllik anası o qara torpaq,Yerin sinəsindən cığırlar salmışZamanın, dövranın karvan yolları.Ölümdən zülmətdən intiqam almış

Zərdüşt torpağının mərd oğulları.Dağların başından vüqarla baxanDəlik-deşik olmuş əski qayalar.Dumanlı zirvəsi göylərə qalxanŞair vüqarı təki enməz qayalar.Bir Vətən eşqilə cahanda şaddır,Mənim könlüm kimi qəmdən azaddır.

Al geymiş Bakı da – bizim paytaxt daHər ulduz parlayır bir çəmən kimi.Mən bu səadətlə güldüyüm vaxtdaŞadsan, ey oxucum, sən də mən kimi!Sənin də əynində bayram paltarı,Vüqarla baxırsan yer ilə göyə...Bu Vətən mülkünü – bu laləzarıBağrına basırsan öz anam deyə.Ah, vətən torpağı, insan nəfəsi!Ömründə bu qədər sevməmişəm mən,Hələ dil açmamış bir çocuq səsiMənə xəbər verir qərinələrdən!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar