Bu sabah
Bu gecə irmaqlar çağlar qanımda,Canımı görürəm sanki yanımda,Sənin ürəyindir mənim canımda,Mənə səndən özgə pənah olmasın.
Bu gecə kainat gülür gözümdə,İnana bilmirəm, inan, özüm də,Başın çiynimdədir, əlin üzümdə,Əlini öpməyim günah olmasın.
Aypara göylərdə duran bir qayıq,Duyğular oyanıq, ulduzlar ayıq,Bu sabah səninlə ayrılmalıyıq,Bu gecə istərəm sabah olmasın...
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-bu-sabah
← → düymələri ilə keçid, R — təsadüfi şeir