Görünmür
O çarxı fələkdən şikayətim var,Çünki onda bir ədalət görünmür.Verib ağaların əlinə bizi,Çəkdiyimiz ağrı, zillət görünmür.
Bu necə əyyamdır, necə zamandır?Ürəklər qan ağlar, Allah amandır!İşləyən rəiyyət, keyf çəkən xandır,Ağlayana bir inayət görünmür.
Çoban Əfqan yazır dastan, a dostlar?Bax bu qəmdən, bax bu yasdan, a dostlar!Haradadır şiri Aslan, a dostlar!Onda olan zor, şücaət görünmür.1914-cü il
Kitabxana.az · https://kitabxana.az/works/coban-efqan-gorunmur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Qudsi meydən qudsi nəşə istəmişdir hər zaman,Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
LaylaLayla deyim, yat ciyərim parası,Ağlama çox ey gözümün qarası!
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...