Oxuyun!Oxuyun şeriminsizə bağışladığı həyat səhnəsini,Oxuyun onunxəyala hökm edən odlu səsini.Mən söylədiyim,söyləmək istədiyim bu səhnəköhnə, pək köhnəFahişələr yurdundan bir nümunədir,O nədir?Ağarmış saçında qarlı qışların,boranlı giinlərin kölgəsi yaşarÖlgün gözləri göylərlə qucaqlaşar.Çünki yerdən,yerdəki cinayətdən,hər qanundan, hər adətdən,Yemiş dönə-dönə və diksinmişdir.Kinli gözlərdən uzaq,pək uzaq bir küncə sinmişdir.Ey qadın!Ey ana!Bu gün sanasoyuq baxan gözlər daşamı döndü'?Yoxsa gözlərinə çirkinmi göründü?Dedilər sən böylə deyildin əzəl,Çiçəklərdən təmiz, güllərdən gözəl.Bəlkə də arxanca titrəyib qoşanillərin yorğunu bir könül varmış.Fəqət indi?Belin bükülmüş,saçın ağarmış,Nə dərdini bilən var,nə üzünə gülən var!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri