Pək çocuqdum yerə gömdülər səni,Həyata qanadsız atdılar məni.Bax, necə pozulub ömrüm gülşəni,Həyat sənsiz mənə zindandır, ana!

Qoynunda bəslənir gözəl diləklər,Layiqdir səcdəyə sənə mələklər,Nerdəsən, ah gözlərim həp səni bəklər,Bax övladın nasıl giryandır, ana!

Sən bir günəş idin, doğdun da batdın,Yazıq övladını qəmlərə atdın.Bir cavab ver, hankı murada çatdınTorpaqlarda neçə zamandır, ana!

Bir ah çəksəm sənsiz, qopmazmı tufan?Əzizim anacan, gözüm anacan!Yumuq gözlərini aç da bir oyan,Şimdi zaman başqa zamandır, ana!

Yıxılıb payinə öpmək istərəm,Analıq mehrini görmək istərəm,Səni görmək üçün ölmək istərəm,Təsəllim ah ilə fəğandır, ana!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri