Sən utan
Sən utan! Bəllidir riyakarlığın!Fitnədən yoğrulmuş bütün varlığın.Dünyada mərdliklə dolanmışam mən,Sənsən aralıqda min söz gəzdirən…Sənsən asta-asta hiylələr quran,Vəzifə başında yeyib quduran.Gözün götürməyir mənim adımı,Bu ad çoxlarına söz olmadımı?Ömründə üz-üzə durmusanmı sən?Sənsən papağının altda düşünən.Atılma meydana, saxta pəhlivan.Sənin də tükünü didəcək zaman!Deyirlər sən də bir kişisən gerçək,Əlindən gələni iki qaba çək.Min su yeritsən də saman altından.İgid baş verər ki, düşməz atından!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-sen-utan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
IAxıtdım alnımın inci tərini,
Çinarın şikayətiDindi yol üstündə qoca bir çinar:"Şairim, sənə bir şikayətim var:
Sabirin şərəfinəXəyalım bu gecə varaq-varaqdır.Dilsiz əsrləri o yaracaqdır.
Gözüm yollarda qalmışdırGözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından,Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından.