Gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından,Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından.O yerlər min xəyal eylər, təbiət şerə layiqdir,Öpər bülbül səhər tezdən gülün yaqut dodağından.Çəmənlər, yasəmənlər göz vurub bir cilvə göstərsə,Durar könlüm çıxar seyrə həyatın qəm otağından...Qarayazı meşəsində Anadil adlı bir quş var,Mənim sevdalı qəlbim tək asılmışdır ayağından.Yolum düşsün Səlahluyə, o qəbrə diz çöküm bir də,Anam Məhbubi yad ilə, öpüm solğun yanağından.Aman tale! Nə möhnətmiş onun dərdi, mənim dərdim...Bahar fəslində ayrıldı qızılgül üz budağından.Keçər aylar, keçər illər, yaz ey Vurğun, ömür azdır,Düşər bir gün laçın könlün şeir, sənət marağından.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar