Oradakı Həmşirəmə

Çoxdan oldu almadım,Bacım, səndən nə bir məktub, nə soraq,Bilsəm nə qədər dərindən özləmim,Gözlərimdə bilsən necə titrəyir,O söyüdlü, o şam qoxulu torpaq.Hələ bizim o vişnəli bağçamız,O mənim nar ağacım,Yerində dururmu, bacım?Hanı bəs, sən bu yaz mənəNişanlımın işlədiyi,Göz yaşlarıyla öpüb gümüşlədiyi,Mavi, ipək bir məndil yollayacaqdın?Çox gözlədim, yay keçdi,Qış da bitdi,Bahar gəldi, badamlar çiçək açdı,Hələ səndən xəbər yox,Harda mənim ipək, mavi məndilim?Hələ gələcək deyə,Boynumu əyə-əyəIllərlə göz yaşlarımı qurudan,Qürbət qoxulu məndilimi qoxlaram.Mənim bircik bacım,Dinlə, sana anlatayım qürbəti,Qəhr olası, çəkilməyən nazı var,Qürbət dedikləri issız bir ada,Dörd tərəfi ucsuz-bucaqsız dəniz,Sahillərində yalnız,Qayalara çarpan suların səsi,Bir də qərib martıların şərqisi…Burda nə ana səsi,Nə də sənin səsin var,Nə də o qara gözlü nişanlımın nəğməsi,Eşq nə, sevgi nə,Bilməz bu dağlar.Bir qəribin üzünəBaxıb gülməz bu dağlar…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran