Qəriblik
Bir söz sərrafıydım bu zamanənin,Qəflətən qarşıma çıxdı qəriblik.Ana yurdu qucaqlamaq istədim,Qəlbimi pünhanca sıxdı qəriblik.
O gündən ki, bir gözələ vuruldum,Xəzan vurdu, budağımdan qırıldım.Mən vüsalı haraylayıb yoruldum,Bu minvaldan çox uzaqdı qəriblik.
Oyananda müxənnətin səsindən,Ürəyim bulandı qiyafəsindən.Küskün taleyimin pəncərəsindənGizlicə boylanıb baxdı qəriblik.
Xəyal məhvərində dumanlı sərim,Yüz dəfə atmışam, yek verib zərim.Çox da oxunmasın həyat dəftərim,Qəm sətirli bir varaqdı qəriblik.
Bayraməli düşüb min qilu-qala,Payimaldı əl çatmayan vüsala.Boylandı, durnalar qayıdan yola,Həsrət dənizimdə axdı qəriblik.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-bayrameli-qeriblik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Salma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
İstəsən könlüm kimi zülfün pərişanİstəsən könlüm kimi zülfün pərişan olmasın,Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
GəldimFirqətindən ey dilbəra,Təngə yetib, cana gəldim.