Çinarın şikayəti
Dindi yol üstündə qoca bir çinar:"Şairim, sənə bir şikayətim var:Bu qoca dünyanın şahidiyəm mən...Kölgəmdə dincəlir hər gəlib gedən.Bağçalar gül açır yaş torpağımda.Quşların adı var hər yarpağımda;Mən bu yer üzünə gələndən bəriOlmuş budaqların hava səngəri.Kötüyüm dünyanın sirrilə dolu,Dolanmış başıma karvanlar yolu;Bağrımı doğramış min bir cahangir.İmtahan etmişəm onları bir-bir,Başımda oynamış yüz boranlı qiş...Sanma ki, qüdrətim, gücüm qalmamış,Bax, ayrılmamışam öz kötüyümdən!..Qəhrəman bir elin timsalıyam mən...Bir kəs inciməmiş sakit dilimdən.İnsana yaxşılıq gəlmiş əlimdən –Yayda kölgəliyim dağlardan sərin,Yaylağı olmuşam biçinçilərin.Silmişəm onların alın tərini,Sonra dinləmişəm can dəftərini.Ağır səfərlərə çıxan hər nəfərTükənmək bilməyən uzun gecələrSığınmış qoynuma sözü var kimi.Örtmüşəm üstünü çadırlar kimi;Başına yağmamış nə yağış, nə qar,Tarix yaxşılığı yaxşı salamlar!Aylı gecələrin buludu lay-layDağılıb üzünü göstərəndə ayİşığı sallanır budaqlarımdan,Öpür şirin-şirin dodaqlarımdan.Bəzən də kükrəyib əsəndə küləkCoşur varlığımda polad bir ürək.Qalın şaxlarımın xışıltısındanZövq alır dünyanın şöhrəti insan.Bəzən də bir sərin axşama yaxınƏtəkli çöllərdən hey axın-axınQalxan dolaşalar qaqqıldaşaraq,Dərələr keçərək, dağlar aşaraq,Başımın üstündə dövrələr vurur,Bir yerə sıxlaşıb, məclislər qurur.Bu doğma quşların simfoniyasındanZövq alır dünyanın şöhrəti insan.Bəzən də canlanır gündüzün səsi –Yığışır kölgəmə uşaq dəstəsi;Azad yurdumuzun şərqilərindənİxtiyar yaşımda zövq alıram mən...Sərilir kölgəmə xalı-xalçalar,"Bizdən də bəxtiyar bir nəsilmi var?" –Deyən uşaqların körpə yaşına,Günəşlər yurdunun vətəndaşınaBaxdıqca böyüyür gözümdə insan,Çəkdiyim ağrılar çıxır yadımdan.Fəqət deyirlər ki, yoldaş mühəndisMəni bir arxasiz, yurdsuz, kimsəsizZənn edib, plana almışdır ki, mənİndi çıxmalıyam öz kötüyümdən...Demək qalmayacaq məndən yadigar.Ancaq mühəndisə bir sualım var:"Ömründə bir şitil, bir budaq belə,Mühəndis əkmişmi barı əliləKi, məni - bu boyda çinarı birdənQoparmaq istəyir durduğu yerdən?"Mən bu şikayəti duyduqca dərin,Dedim ki, haqlısan, qocaman çinar!Bizdə təbiətə zülm edənlərinNə insan duyğusu, nə də haqqı var!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-cinarin-sikayeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün qızcığazım Aybənizlə mənGöz-gözə baxışıb güldük ürəkdən.
BöhtanMənmiyəm "vicdanı, məsləki satan"?Yaxamdan əl çəksin bu qara böhtan.
Aşıq qardaşımaGəl qələm götürüb, qoşa saz tutaq.Süsənlər, sünbüllər, güllər bizdədir;
KaryeristOnun kinli gözlərində min tikanlı hiylə var,Hayla girər hər iclasa, ağızlardan söz qapar…
Başqa şairlərin şeirləri
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalıGöstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı