Böyük şairin şərəfinə
IAxıtdım alnımın inci tərini,Yanmadım ömrümün iki ilinə.Rusiya şerinin şah əsəriniÇevirdim ilk dəfə türkün dilinə!Bir yeni sənətlə mən də doluyam,Ellər dünyasının ellər oğluyam.Yuxusuz gecələr çıxdı qarşıma,Fəqət tövşümədi bu polad sinəm.Artıq qovuşmuşam can sirdaşıma,Özümə bəxtiyar bir insan desəm, -Bu səs bir şairin vicdan səsidir,Düşünən bir qəlbin ifadəsidir.IIMən ki, hər gecəmi qatdım gündüzə,Üfüqdə sönməsin ulduzum, ayım!Sənət vadisində gəlsin üz-üzəSənin Tatyananla mənim Humayım.Ey böyük sənətkar, hüzurunda mənBəzən utanmışam səhvlərimdən;Neyləyim, qüdrətim zəifdir hələ,Görüm təbiətin kor olsun gözü!Şairim! Anladım bu gündən belə:Böyükdür cahanda sənətkar sözü...Məncə yaraşmayır çoxuna bu ad,Məni bağışlasın sevgilim həyat!..III"Gəlişin ruhuma dərd verir, aman!..Məhəbbət dəmidir bahar, ay bahar!Qanımda, qəlbimdə nədənsə bu an.Məyus və ağlayan bir həyəcan var".Söylə bir, şairim, bahar gələndəNeçin pərişanlıq dillənir səndə?Neçin gözlərini dumanlar alır,Göz yaşın süzülür; gülümsəyərəkSəninlə birlikdə xəyala dalırGöydəki qaraquş, yerdəki ürək...Mən də dərdlənmişəm küskün səsindən,Bir əsrin o qanlı faciəsindən.IVOyan bir, şairim, oyan, bizə baxQoy öpsün alnını bizim xoş səhər;Bu böyük günlərə arxalanaraq,Göstər bu meydanda yeni bir hünər;Bizim dünyamızda itməz zəhmətin,Həyatın qəlbidir şerin, sənətin,Bizdə şeir qədər böyükdür hünər,Hər kiçik şairin bir hörməti var.Hər alın tərilə yazılmış əsərBizim qəlbimizdə qalır yadigar...VMən səni sevmişəm körpəliyimdən,Sənsən mehribanım, sənsən ustadım!Nə qədər bəxtiyar bir insanam mənKi, sənin tələbən çağrılır adım.Mən də bir ölkənin yazan əliyəm.Bu bayram günündə bəzənməliyəm.Şairlər oylağı, ey əziz Vətən!Söylə, tanışmıdır sənə Onegin?Bilirəm Puşkini çoxdan sevirsən...Qizın da, oğlun da əzbərdən desin:Bizdə şeir də var, sənət də vardır!Şairə, sənətə hörmət də vardır!..
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-boyuk-sairin-serefine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey səhər, ey Günəş, ey ulu qüvvət!Sən ey şəfəqlərdə çimən təbiət!
Vətən ordusuQorxub çəkilmədik ölümdən, qandan,Çıxdıq illər boyu çox imtahandan;
Böyük revolyusiyaÜç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.
A köhlən atım!Əlim tərpənməmiş oyna yerindən,Nəzil qamçı kimi səyirdəndə sən.