Vətən ordusu
Qorxub çəkilmədik ölümdən, qandan,Çıxdıq illər boyu çox imtahandan;Bombalar yağsa da bizə hər yandan,Dağlara səs salar hücum borusu,Haydı, arş irəli, Vətən ordusu!Pozmaz cərgəmizi nə dərə, nə düz,Hazırdır döyüşə qızıl süngümüz.Hər gün meşələrdə vurduq yüzə yüz;Dağlara səs salır hücum borusu,Haydı arş irəli, Vətən ordusu!Bizik kəc yağının döşündən vuran,Azadlıq yolunda keşikçi duran;Bizik tarixləri yenidən quran.Dağlara səs salır hücum borusu,Haydı, arş irəli, Vətən ordusu!Qüvvəmiz günəşə, aya təməldir,Sinifsiz gələcək bizə əməldir,Ən böyük nəğməmiz Beynəlmiləldir;Dağlara səs salır hücum borusıı,Haydı, arş irəli, Vətən ordusu!Yaşa, qızıl əsgər, yaşa, min yaşa!Aldığın nişanlar çıxmasın boşa!Salam marşalımız Klim yoldaşa!Dağlara səs salır hücum borusu,Haydı, arş irəli, Vətən ordusu!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-veten-ordusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
…Haman sənə məhəl-məmuriyyətim olan Köçəsgər kəndindən 180 rübləyə bir maydan at almşam. Bu qiymətə həqiqətən layiq idi öz rahat yerişi ilə. Pis və mənfi xasiyyətlərindən birisi də bu idi: daim qaçıb kəndin bağ-bostan və pambığını tələf edirdi. Kəndçilər də deyirdi: — A müəllim, atını qoyma!A müəllim, atını qoyma!
GöygölQucağında bir vaxt bəslədi sizi,Görmədi sizləri vəfalı Göygöl.
Şikəstəyə məktubBaşına döndüyüm, əziz Şikəstə,Dinlə məni, halı yaman olmuşam.
SızıltılarımXastayım, yalnızım ürəyimdə qəm,Nəyə dəyər həyat, olmasa həmdəm?
Başqa şairlərin şeirləri
Yığılın əhbablar, yaran yoldaşlar,Bir sağalmaz dərdə düşdüm bu gecə.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,