…Haman sənə məhəl-məmuriyyətim olan Köçəsgər kəndindən 180 rübləyə bir maydan at almşam. Bu qiymətə həqiqətən layiq idi öz rahat yerişi ilə. Pis və mənfi xasiyyətlərindən birisi də bu idi: daim qaçıb kəndin bağ-bostan və pambığını tələf edirdi. Kəndçilər də deyirdi: — A müəllim, atını qoyma!A müəllim, atını qoyma!Doğrusu şu hərif bana‡ çox xəcalət verirdi. Əlavə, hər cün, kənd sözü, obaşdan obaşdan durub cənabənin hörüyünü dəyişmək məni yuxusuz qoyduğundan ağzım Allahda idi ki, bu zalım itib, ya da tələf olsun. Bir səhər tezdən, adətim üzrə, bunun hörüyünü dəyişməyə qalxdım. Qalxdım nə gördüm? Maydan yoxdur. Üstünə yüngüllük, elə bil ki, zindandan qurtuldum. Görək bu hicrana şair nə dedi:

Səhərdən axşama gəzdim hər yanı,Bilməm nerdə başı bəlalı maydanı?Dolaşdım piyada bütün obanı,Səni də görmədim vəfalı, maydan!..

Gözündən ki getdin bir axşam çağı,Taladın bütüncə bostanı, bağı.Çədkin ciyərimə alosman dağı,Olasan gözündən yaralı, maydan.

Söylə, gəzdin hansı dağı, dərəni?Bəni düzdə qoyub aşdın bərəni§.Vurdun yerə on səkkizcə tüməni,Qorxdu gözüm səni alalı, maydan.

Söyləmərəm ki, dağılsın bu kəndi,Layiqdir bu dağılmağa hərçəndi.Mənim atım nazənin, gülbədəndi,Heyrətə salmışdı mahalı maydan.

Örəsiydim sana bir yaxşı tovlaKi, içinə yalnız sən qoyula.Nə bilim ki, axır olacaqmış böylə,Eylədi Vurğunu cəfalı maydan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri