Bu gün şəndir xəstəxana, baxışlarda bir sevinc var,Ağrısını unutmuşdur bir anlığa yaralılar.Dalğalanır tarın səsi -Qarabağın şikəstəsi

Bizim yalçın qayalardan xəbər verir xəstələrə…Dumanlı dağ, sulu dərə.Axar çaylar, göy çəmənlər yada düşür yenə bir-bir,Ağır gündə xoş xatirə insan üçün təsəllidir…

Rəqqasə də kəklik kimi süzüb gedir çəmənliyə,Hər könüldən bir səs gəlir: "Ölməmişəm, sağam!" — deyə.— "Gözlə məni, nişanlı qız, taleyimin hökmü budur!"Bizim qızlar öz andını, öz eşqini gec unudur.

"Gözlə məni, zaman gələr görüşərik ilk bahardaİpək telli çiçəklərin sayrışdığı çəmənzarda.Yenə ayaq izlərimiz qoşa qalar, gözəl nigar!Qoynumdakı güllü yaylıq — sən verdiyin son yadigar.

Eşqimizin uğurunda boyanmışdır öz qanıma,Bu bir qanlı səhifədir mənim həyat dastanıma".Bu xəyalla bir çoxunun gözlərindən ümid yağırÇoxları da bu həsrətlə nəfəs alır ağır-ağır…Son baharın şöləsini pəncərədən günəş yayır,Ölən ölür, qalan qalır, saydığmı zaman sayır…Nəğmə uçur, əl çalınır, gözlər gülür səadətlə,Həyat eşqi qayıq kimi pəncələşir fəlakətlə!

— Çalın! Çahn! Ana yurdun havasını biz uduruq,Çəkdiyimiz ağrıları, zillətləri unuduruq…Bir ağız da, bir nəfəs də danışdırın sarı simi,Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi.Çalğı çalır, sonra şair sinəsindon sözlər deyir,Hər məclisə yaraşıqdır gözəl kəlam, gözəl şeir.Lakin orda… bir bucaqda ayrıca bir çarpayı var.Pərişan bir asimandır, nə ulduzu, nə ayı var.Orda yatan bir günəşin göz qapağı qaralmışdır,Nə səsi var, nə səmiri, son nəfəsi daralmışdır…

Kamançanın, tarın səsi,Ana yurdun xoş nəfəsi

Artıq ona yad kimidir! Mən duyuram bu möhnəti,Son baharın sərt küləyi qamçılayır təbiəti.— Din, qardaşım, adın nədir?Bəlkə bizə bir sözün var?Xeyr! Gecdir bu suallar!..O hər şeyə biganədir.O duymayır, eşitməyir dostlarının fəryadını,Heç olmasa, şairə də söyləməyir öz adını.Ayın, günün camalına baxmayacaq o bir daha,Baxmayacaq gülər üzlü, ipək telli xoş sabaha.İnsan ömrü şirin olur, o ayrıldı bu nemətdən.O, dünyada kam almadı uğurlu bir məhəbbətdən.Vaxtsız ölüm, vaxtsız ölüm, gedər-gəlməz bir yolun var!Baxıb sənə lənət deyir həyat üçün yaranmışlar.Sənin qanlı qılıncınla bu dünyadan canlar gedir.Mən duyuram bu möhnəti, ürəyimdən qanlar gedir.Sən ey, gözü yol üstündə boynu buruq duran pəri!Sədəf kimi sayma, quzum, gəlib keçən bu günləri.

Boğulmasın titrək səsin,Saçlarına dən düşməsin.O bir daha gəlməyəcək!O səninlə gəzib qoşa,İndən belə dağa, daşaAyaq basa bilməyəcək!

Siz ey, Odlar ölkəsinin adsız ölən ərənləri!İnsan oğlu bu aləmə göz açdığı gündən bəriAzadlığın məşəlinə qurban olmuş pərvanə tək…Lakin ellər baş endirir qəhrəmanlar güzarına!Adsız ölən igidlərin o pərişan məzarınaÇiçək səpir qucaq-qucaq, gül dağıdır ətək-ətək.Siz ey, vətən torpağının vaxtsız ölən övladları!Ey ağ saçlı bir millətin baş şöhrəti, dünya van!

Alqış deyir tarix sizə!Bu şerim də yollar açsın,Günəş kimi şəfəq saçsınO müqəddəs qəbrinizə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar