Ukraynanın son baharı;Yağış yağır narın-narın.Sapsarıdır ağaclarınXəzəl olmuş yarpaqları.

Yerin bağrı zolaq-zolaq,Qılınc kimi kəsir külək.Pərişandır qara torpaq,Nə bir gül var, nə bir çiçək.

Kənd biçimli bir şəhərinLövhəsini çəkirəm mən.Uzun-uzun küçələrinSəs gəlməyir heç yerindən.

Burda nə bir insan səsi,Nə bir bağça, nə bir bağ var.Nə mal, qoyun mələşməsi,Nə də isti bir ocaq var!

Hara baxsan, nəyə baxsan,Sanki bütün dünya laldır…Yaranmamış, bəlkə, insanBəlkə, ömür bir xəyaldır?

Diksindirir məni bəzən?Yaxındakı topun səsi.Keçir başım üzərindənMərmilərin kişnəməsi…

Qanla yazır min bir əsərFəlakətin bir anlığı…Təngimişdir dar üfüqlər,Çökür axşam qaranlığı!

Sükunətin qəlbi qurşun,— Asılmışdır qulağımdan!..Dinlə, şəhər, məni bir an,Söylə sənin bu duruşunDost qəlbinə nələr deyir?Hansı şair, hansı şeirBaxıb sənin bu qəminə,Dalmış könül aləminə?..

Danışmayır, susur şəhər…Nələr deyir xərabələr?!Talan olmuş gözəl Vətən,Nə bir dövlət, nə var qalmış.Oda yanmış hər bir evdənQuruca dörd divar qalmış.Budur, bir ev yanında mənİxtiyarsız dayanmışam…Qanadını gərir axşam,Soyuq keçir ürəyimdən.Qapıdakı bir ağac daYarpaq töküb qurumuşdur…Qərib qalmış o ağacdaBir göyərçin oturmuşdur.Aç dərdini, mehriban quş!Sənin də öz lisanın var.De, boynunu acı ruzgarYetim kimi niyə burmuş?Qəm süzülür gözlərindən,Söylə dərdin intizarmı?Nə tutmusan qəlbində sən?De, dostundan xəbər varmı?Aç sirrini, de, göyərçin,Nisgillisən söylə neçin?Nə baxırsan yana-yanaKülə dönmüş o eyvana?Söylə hanı səhər-səhərBu eyvana ayaq basan,Təbiətə qulaq asanO xoş üzlü, gözəl dilbər?Onun şair qəlbi varmış,O sevərmiş təbiəti,Günəş belə salamlarmışO qızdakı şeriyyəti.Bu eyvanda o saf pəriÇox vaxt roman oxuyarmış.Arabir də ağ əlləriİsti corab toxuyarmış.Baş yaylığı al qırmızıSəhərlərin dilbər qızı— O dediyin gözəl hanı?Neçin onun bu eyvanıYanıb soyuq külə döndü?Yoxsa o saf məhəbbətdənO könüldən, o ülfətdənDövranınmı üzü döndü?

Ah, o bir də gəlməyəcəkBu bağçaya, bağa sarı;Ona baxıb gülməyəcəkBu albalı ağacları…

Qərib-qərib tək dayanma,O dilbərin həsrətinə.Ey göyərçin, çox da yanmaCan evinin möhnətinə!Ah, o gözlər, ala gözlər!Bir də səni görməyəcək,Ətəyində səhər-səhərDostuna yem verməyəcək!Bir gül kimi onu tufanBudağından qoparmışdır.O varlığı acı dövranBir heçliyə aparmışdır…

Dilə gəlir göyərçin də:"Yaman olur hicran dağı;O daş altda, toz içindəBir romanın son varağıO gözəldən yadigardır!..

Ən uğursuz bir zamandaO dilbər də, o roman daYanıb getdi varaq-varaq…Son uğursuz taleyə bax!Gör nə yaman hökmü vardır!"Çox ağlama, zavallı quş!Dediklərin daha bəsdir.Yaraların bərk vurulmuş,Dünya sənə bir qəfəsdir!Yaxınlaşır yenə də qış,Özünə bir aşiyan qur.Gedən geri qayıtmamış— Təbiətin hökmü budur.Tarix adlı carçıya bax,Gör nə deyir onun səsi:— Bu gün-sabah qurulacaqBir ədalət məhkəməsi.Dəyişəcək o gün dövran;Bu zillətlər, bu möhnətlərVaxtsız ölmüş məhəbbətlərBaş qaldırıb torpaq altdan.Hayqıracaq qisas deyə,Hökm edəcək yerə, göyə.O gün məlun cinayətkarAsılacaq boğazından.Qalmayacaq nə intizar,Nə bir məhbəs, nə bir zindan!Əynindən yas paltarınıSoyunacaq qara torpaq.O qurtuluş baharınıİnsan oğlu yaradacaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri