Bayraqdar
IO zaman ki, insanlarınYurd-yuvası oda yandı,Axıb gedən al qanlarınİntiqamı alovlandı.
O zaman ki, qılınclar daSığışmadı öz qınına,Biz and içdik ilk bahardaGözəlliyin varlığına.Biz and içdik gen dərələr,Sıra dağlar qucağına;Biz and içdik səhər-səhərBabaların ocağına.Alay-alay, qatar-qatarQəhrəmanlar çıxdı yola;Torpaq dedi: sahibim var,Göy kişnədi: uğur ola!Axar çaylar öpdü o günAtlıların ayağından.Bir zəlzələ qopdu o günHər könülün otağından.
IIYaraqlandın o gün sən də,Səsin düşdü dağdan-dağa,Boran qopub, yel əsəndə,Göydən alov yağa-yağa,Daşlarından tüstü qalxanCəbhələrə sən də vardın,Azərbaycan torpağındanHünər ilə ad apardın!
IIIGecə zülmət, üfüq qara,Çatılmışdır alnı göyün.Yerin bağrı düyün-düyün,Meydan olmuş hücumlara,Gecə zülmət, üfüq qara.
Nələr görür tarix, nələr!Uçur tanklar, təyyarələr.İgidlərin nərəsindən;Yerin, göyün nəfəsindənBant yağır, tüstü yağır…Bütün aləm üzür qanda.O qocaman asiman daNəfəs alır ağır-ağır…
Zəncirlidir qoca qartal,Qanadlan qəfəsdədir.Qəmli gözlər yol üstədir."Gəl! Gəl! — deyir — intiqam al!Gəl ki, ömrüm qaldı darda!Rəngim solur intizarda;Hanı mənim azadlığım?O məclisim, o şadlığım?Hanı dostlar, o həmdəmlər?Gələcəkmi keçən dəmlər?Gələcəkmi xilaskarlar?Gələcəkdir! Ümidim var!"
IVYer tərpənir, göy çaxnaşır,Hücum çəkmiş qəhrəmanlar.Dəniz kimi coşub-daşırZirehlənmiş pəhləvanlar.Zalım düşman! Zalım düşman!Boz sifəti soyuq qışdır;O kor kimi yapışmışdır,Kor ölümün yaxasından.Həmdəmidir fəlakətlər.Bir ölümdür onun van,Ondan qaçır səadətlər,Həyat sevir canlılan…Faşist gəlir donuz kimi,Yaralanmış quduz kimi,Dörd tərofı o dalayır,Daşlar üstə qan yalayır.Gəlir tanklar, təyyarələr,Səsə düşür dar dərələr.Qılınclar da üzür qanda,ölən də var, yıxılan da.Dəqiqələr tez ötüşür,Yaxın dostlar ayrı düşür.Biri deyir: — yaralandım.Biri: — yardan aralandım.Biri ölür ilk güllədən,Yuvarlanır son pillədən.Başqasının alnı qanlı,Polad köksü üç nişanlı,Meydan deyir qaranlığa,Dayanmadan bir anlığa!Deyir: "Yoldaş, qorxma məndən,Qorxma, məni qan aparmaz.Mən dayanıb dursam bir azAyaqlanar qarı düşmən.Gəlin, dostlar, son hücumaŞahin kimi cuma-cuma!.."İsti qanlar yerə hopur.Qılınclardan alov qopur.Ac topların titrəməsi,Mərmilərin qorxunc səsiLərzə salır dörd bir yana,Oğul istər bir dayana,Keçir dostlar son hücuma,Şahin kimi cuma-cuma!..
VDüşmən qaçır, yaman qaçır.Ölən ölür, qaçan qaçır.Dayan, cəllad! Yol bağlıdır.Daş torpaq da yaraqlıdır.Vaxtsız ölən ömrün kamı.Anaların intiqamıBir ümmandır dalğalanır.Hər könüldə bir dağ yanır…Ancaq faşist duyğusuzdur,İlan kimi canı buzdur;O ölsə də son nəfəsdəGah qıvrılır, gah burulur,O qaçdığı yollar üstdəHər yuvaya bir od vurur.Yanır evlər, göylərə bax!Tüstü qalxır qalaq-qalaqYanır anbar, yanır zəmi,Çay üzündə süzən gəmi;Yanır gözəl abidələr,Min bir əməl, min bir əsər.Min bir uşaq, qoca qarıAyrı düşür yuvasından…Tez söndürün yanğınları!Onların pis havasındanSaralmasın göy çəmənlər,Qərənfillər, yasəmənlər.
VIAha, gəldi bizimkilər;Gülür günəş, gülür səhərDöyüşdükcə qoca qartal,Qanadlan qüvvət alırZəncirləri qınb dərhalGövdəsindən yerə salır…Əllərində gül-çiçəkləYol üstünə çıxır ellər.Bir diləkli min ürəkləAlqış deyir bütün dillər.Keçir bizim qəhrəmanlarAlay-alay, iftixarla,Qoh-qəh çəkib gülür onlarDağlar boyda bir vüqarla…
VIIQara gözlü, qara qaşlı,Laçın boylu tankçıya bax!Sevincindən gözü yaşlı,Bir cv üstə dırmaşaraq,Al bayrağı ora taxır,Bütün şəhər ona baxır.Qurtuluşun al səhəri,Dan yerinin şəfəqləriöpür onu ana kimi.Azadlığın böyük qəlbiQartal kimi qanad açır,Günəş kimi şəfəq saçır.Kimdir həmin qara gözlü,Laçın boylu, gülər üzlü,Sevdiyimiz o qəhrəman?Ad verdimi ona zaman?O igidin tunc sinəsiBir Koroğlu qalasıdır.Qulağıma gəlir səsi,Azərbaycan balasıdır!Sən müqəddəs bir diyardaöz könlünü bəsləmişən…Bizim yalçın qayalardaTərlanları səslomisən.Sən bir eşqin, məhəbbətinÇiçək açmış baharısan!Sən ağ saçlı bir millətinŞöhrətisən, vüqarısan!Qocaman rus şəhərinəQardaş kimi ayaq basdın.Azadlığın səhərinə,Günəş rəngli bayraq asdın.Qoy var olsun o mərd əlin!O saf eşqin, saf əməlin.Düşəcəkdir dildən-dilə,Gəzəcəkdir əldən-ələ.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-bayraqdar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həyat dedikiəri şübhəli bir şey,Ölümsə şübhədən çıxmaq deməkdir.
Bahar şərqisiGünəş doğdu, yayıldı,Yatan ellər ayıldi.
Matəm nəğməsiGedərkən sükuta gecənin qəlbi,Eşitdim sularda matəm nəğməsi.
İləriErkən günəş tellərini yer üzünə saçmadan,Ceylanlar* öz sürüsüylə səhralara qaçmadan.