Matəm nəğməsi
Gedərkən sükuta gecənin qəlbi,Eşitdim sularda matəm nəğməsi.Bilmədim nəymiş o qətlin səbəbi,O hadisə heyran qoyur hər kəsi.
Ey insan! O yazıq, o tökdüyün qanDeyilmidir səndən, deyilmidir can?!O alçaq işləri duyduqca vicdan,İnsanın həyata qalmır həvəsi.
Ölən bir deyildir, eşit, ey cəllad!Min bir yuvanı, bax, sən etdin bərbad,İnsan! Nədir o səs! Nədir o fəryad? –Dul qalan gəlinin odlu naləsi!
Sən ölmədin, qardaş! Ölmədin, inan!Eşqin intiqamı yaşar hər zaman,Qəlbimdən axan bu kiçik dastanArar qaranlıqda ədalət səsi?
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-matem-negmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.
A köhlən atım!Əlim tərpənməmiş oyna yerindən,Nəzil qamçı kimi səyirdəndə sən.
Böyük ədibDöydü qapımızı bir acı ruzgar,Durdu insan qəlbi, öldü sənətkar...
AzərbaycanÇox keçmişəm bu dağlardan,Durna gözlü bulaqlardan;