Cəmalın fitnəsi tutdu cahani
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Camalın fitnəsi tutdu cahanı,Çıxardıb pərdədən razi-nihanı.
Nedər aşiq cahanü canı sənsiz,Ki, sənsən aşiqin canü cahanı.
Ləbindir çeşmeyi-heyvan, vəli şükrKi, hər heyvantəbiət bilməz anı.
Ləbi-lə’lin şərabın içənə sorKi, kimdir içən abi-zindəganı.
Susamış qanıma lə’lin eşitdim,Bu dövlət aşiqi-miskinə qanı?
Görün kim, qəmzəsilə yuxusundanOyardı fitneyi-axırzamanı.
Əgərçi binişansan, kimsə hərgizNişansız bulmamışdır binişanı.
Vüsalındır, vüsalındır, vüsalın,Nəimi-xüldü ömri-cavidani.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsiminin məkanı laməkandır,Məkansız aşiqin həqdir məkanı.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-camalin-fitnesi-tutdu-cahani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şəha, çün surətin Fürqanımızdır,Ol on dörd xət bizim Qur’anımızdır.
Səba zülfün nəsimindən cahanı cümlə can etdiSəba zülfün nəsimindən cahanı cümlə can etdi,Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Şəha, könlüm pərişan oldu sənsizŞəha, könlüm pərişan oldu sənsiz,Cigərim dopdolu qan oldu sənsiz.
Şəha, könlümdə daim bir həvəs varŞəha, könlümdə daim bir həvəs var,Soram şəkər dodağından məgəsvar.