Camalındır həqqin zatü sifatı,Müənbərdir boyun qədrü bəratı.

Könül bir nöqtədir, eşqi yəmindəBitirdi bəhri-eşqin kainatı.

Sənin şirin sözün ta Misrə düşdü,Əritdi şəkkərü qəndü nabatı.

Xuraman qamətindən sidrə, ey dust,Əyildi çənbər oldu şeş cahatı.

Kimin dərmani-dərdi sən deyilsən,Həbadır, hərzədir zöhdü səlatı.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimi ta ki, oldu həqqə vasil,Xızrnın çeşməsi bolmuş həyatı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq