Əcəb lə’linmi şol, ya cani-əhbab?Əcəb zülfünmü, ya zənciri-pürtab?

Gözümdən axan, ey dilbər, qəmindənƏcəb xunabəmi, ya əşki-innab?

Əcəb qəddinmi şol, ya sərvi-bustan,Əcəb xəddinmi şol, ya vərdi-sirab?

Əcəb eyninmi şol, ya sehri-Babil,Əcəb dişinmi şol, ya lö’löi-nab?

Əcəb üzünmü şol, ya xirməni-gül,Əcəb qaşınmı şol, ya taqi-mehrab?

Əcəb şol məsti-sevdayi-moğolçin,Mənim bəxtimmidir, ya çeşmi-pürxab?

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsiminin gözü yarın qəmindənDürün dürcümidir, ya bəhri-simab?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq