Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni,Xoşmusan, ey bərgüzidə yar, xoş gördük səni.

Doğrusu, müştaq idik, cana, bəsi didarına,Ey gözü nərgis, üzü gülnar, xoş gördük səni.

Gəlməyə çün afitabü getməyə çün mahitab,Haliya, ey kövkəbi-səyyar, xoş gördük səni.

Müddəilər tə’n urarlar irqətindən halıma,Bir dəxi bər kuriyi-əğyar, xoş gördük səni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dərdimənd olmuş idi miskin Nəsimi sənsizin,Ey vüsalın dərdimə timar, xoş gördük səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq