Sübhdəm badi-səba türreyi-xubanə dəyər,Götürüb nəkhətin ondan sonra yüz yanə gəyər.

Od salır xirməni-məhsuli-dilə bərqasa,Bu təni-zərdə peykanı ki, peykanə dəyər.

Gah bivəchü cəhət xatirim eylər dərhəm,Gah bicürmü günəh bu dili-nalanə dəyər.

Odlara düşmüş ilan tək oluram piçindəKi, neçin zülfü-siyəh arizi-cananə dəyər.

Qərəzin can isə, bir tünd nigahın bəsdir,Heyfdir,atma oxun, hər biri min canə dəyər.

Könlümü qanda urub həbsə ki, tapmaz şanə,Nə qədər zülfi gəzər, çahi-zənəxdanə dəyər.

Zakira, səbr elə kim, vəslə dəyən afətdən,Ay ötər, il dolanar, vəqt olu hicranə dəyər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq