Könül sirrinə hər kəs məhrəm olmaz,Vəgərnə olsa yüz min qəm, qəm olmaz

Müqərrərdir mənə həqdən bəlalar,Bəlayi-nagahan məndən kəm olmaz

Əsiri-dərdi-bidərmani-eşqəm,Anınçün bir zaman dili-xürrəm olmaz

Səba çəkdi ayağın ol səbəbdən,Mənə qəmdən savayı həmdəm olmaz

Olan məhrumi-bəzmi-yar, Arif,Əziza, bəzmi-vəslə məhrəm olmaz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq