Yar içər əğyar ilən mey şadü xəndan hər gecə,Qalmışam mən yarisiz giryanü büryan hər gecə.

Kaş ki, gəlsə əcəl kim, qurtuleydim bir yolu,Necə göydürsün bir onu daği-hicran hər gecə.

Köksüm olmuş parə-parə, lalə tək bağrım kəbab,Sənsiz, ey gül, ğönçə tək könlüm olur qan hər gecə.

Şəm’i-rüxsarini kutardı yüzindin utanıb,Yerə girər gögdən xurşidi-taban hər gecə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gər saçın fikrində bir dəm olsa miskin Kişvəri,Səksənür, guya girər qoynuna yilan hər gecə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar