Xandadir ol bimisalın ibtidası, xandədir?Kim bilir, ol künt-kənzin intəhası xandədir!

Gəl bəyan etgil süfati-zatini şərh eylə kim,Mən sual etdim ona, eyni-liqası xandədir?

Kəndü lütfindən yaratdı aləmin mövcudini,Cümlənin məqsudi şahdır, istivasi xandədir?

Ərşü kürsi cənnətü həm narü tubavü şəcər,Əbrü badu maü tin, əsli-şərasi xandədir?

Hər kişi kim, zikri-xətlən könlünü etməz cila,Ol nə bilsin bibəsər eşqin səfası xandədir.

Xatəmi-tohidi hər kim könlünə mehr etmədi,Ol şəhadət şərhinin bilməz əsası xandədir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sən niyaz et ey Xətai, kimsə bilməz çün səni,Məntiqin inşasının həmdü sənası xandədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq