Xaki-payin, dilbəra, bir tac dövlətdir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xaki-payin, dilbəra, bir tac dövlətdir mana,Bəs yüzün görmək sənin bəxtü səadətdir mana.
Çün qəmi-eşqində ölməkdir, həyati-cavidan,Həq bilür ölmək deyil, ol eyni-rahətdir mana.
Munca kim, dərdündə zəhmət çəkmişəm, ey bivəfa,Çünki səndəndir bu zəhmət, cümlə rahətdir mana.
Gərçi məndən dərhicab olursan, ey arami-can,Yüzünü göstərdiyin eyni-inayətdir mana.
Məqtə — şairin təxəllüsü olan son beyt. Düşdə gördi dün Xətai, yar olubdur həmdəmi,Ya düşümdür, ya xəyalım bu nə halətdir mana.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-xaki-payin-dilbera-bir-tac-dovletdir-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür,Qəmgin könül məqaminə yüz min səfa gəlür.
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlürHər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,Canimə bir od düşür, bu dilimə yahu gəlür.
Həsrətin dərdindən, ey can, bağrım oldu parələrHəsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
Hüsni-rüsxarın, kim, oldu canü dil heyran onaHüsni-rüxsarın, kim, oldu canü dil heyran ona,Vədəyi-dövri-qəmərni tapşırır dövran ona.