Vücudini bu könlüm can demişdir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vücudini bu könlüm can demişdir,Ləbini ləl ilə mərcan demişdir.
Saçın rəngin şəbi-qədr oxuyanlarYüzün nurin məhi-taban demişdir.
Bu könlüm eşqini, ey qəmgüsarım,Vücudim şəhrinə sultan demişdir.
İki gözüm yaşı hər dəm yüziməBirin Nilü birin Ümman demişdir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Əyağın tozinə, ey nuri-rəhman,Xətai canını qurban demişdir.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-vucudini-bu-konlum-can-demisdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu aləm hüsninə heyrandır, ey dust!Sana bu qönçə ləb xəndandır, ey dust!
Bu gün mən munda, yarım anda neylərBu gün mən munda, yarım anda neylər,Yüzü şölə nigarım onda neylər?
Bu könlüm şad olur qəmdən, rüxu çün laləgün görgəcBu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc,Misali-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc.
Bu mənim cismimdəki zəhmətlərim ol can bilürBu mənim cismimdəki zəhmətlərim ol can bilür,Mənə hicran etdigin ol dilbəri-canan bilür.