Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,Canimə bir od düşür, bu dilimə yahu gəlür.
Sinəmi qarşu tutaram, kuyinə ol dilbərin,Sağınuram dəmbədəm Veysi-Qərindən bu gəlür.
Həsrətindən dilbərin düşdüm Sərəndib kuhinə.Aşiqi-dilxəstəni hərdəm sorur ahu gəlür.
Canımı qurban qalardım, yoluna ol dilbərin,Ol zəmandan kim, deyərlər ol büti-məhru gəlür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, sən vücudin cuyini pak eylə gəl,Çünki, pak olsa ona sərçeşmədən bir su gəlür.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-her-zaman-kim-qarsuma-ol-dilberi-mehru-gelur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey cəmalın gülsitani baği-minudur mana,Cənnəti-rizvan ki, derlər, ol səri-kudur mana.
Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəsEy dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs,Olmasın eşqindən ayru təndə canım bir nəfəs.
Ey fələk, dövründə neyçün ol nigar əldən gedərEy fələk, dövründə neyçün ol nigar əldən gedər,Qanım ilən əllərin qılmış nigar, əldən gedər.
Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçərEy günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər,Qanlu yaşım nəm təki dolmuşdur ondan sərbəsər.
Başqa şairlərin şeirləri · Eşq
Sən narın yağış kimiElə hopmusan qəlbimə
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Apardı Saranı sellər...Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.
Xoş xəbərdimiAğrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?