Ey cəmalın gülsitani baği-minudur mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey cəmalın gülsitani baği-minudur mana,Cənnəti-rizvan ki, derlər, ol səri-kudur mana.
Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan,Gecə-gündüz ağlamaq eşqində xoş xudur mana.
Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm,Bu cəfalərni qılan ol yari-məhrudur mana.
Gecələr ta sübh olunca uyxu gəlməz eynimə,Ta xəyalın daima çeşmimdə qarşudur mana.
Məqtə — şairin təxəllüsü olan son beyt. Anca yaş tökdi Xətayi firqətindən, ey sənəm,Xancaru baxsam, gözümdə yer yüzü sudur mana.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ey-cemalin-gulsitani-bagi-minudur-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dodağın qənd imiş, bal onda neylər?Nə nazik xətt imiş, xal onda neylər?
Du zülfündən mənə bir mu gərəkdirDu zülfündən mənə bir mu gərəkdir,Sənin vəslindən ancaq bu gərəkdir,
Dust yolunda həlal olsun dila, qeyrət sanaDust yolunda həlal olsun dila, qeyrət sana,Qeyridən bir zərrə minnət çəkmədən rəHmət sana.
Eşq meydanında hər kim can ilən baş oynadırEşq meydanında hər kim can ilən baş oynadır,Yar önündə qəmzədir, kiprigilən qaş oynadır.