Du zülfündən mənə bir mu gərəkdir,Sənin vəslindən ancaq bu gərəkdir,

Könüldən getməz ol çeşmin xəyalı,Bəli, Məcnunlara ahu gərəkdir.

Cəfavü cövrinizdən inciməz dil,Ki, xublar daima bədxu gərəkdir.

Gözüm yaşın tökər mən ayağına,Bəli, sərv ayağında su gərəkdir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai sözlərin səm etsün ol ay,Ki, xublar guşinə lölö gərəkdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq