Dodağın qənd imiş, bal onda neylər?Nə nazik xətt imiş, xal onda neylər?

Əlifə nisbət etdim qəddü dalın,Əlif üstə, əlif, dal onda neylər?

O zahid geydiyi sufü sütürlat,Fəqirin geydiyi şal onda neylər?

Kimi kim, mali-mülki gənci yoxdur,Geniç mülk olmayan mal, onda neylər?

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai qal evindən halə yetdi,Bu bir hal evidir, qal onda neylər?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri