Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür,Qəmgin könül məqaminə yüz min səfa gəlür.

Şadü fərəh bulub, dili-canım zəbanimə,Əhlən və xeyr məqədəmü səd mərhəba gəlür.

Bir busəsinə canü dil istər bəha sənəm,Gərçi birinə yüz dilü canım bəha gəlür.

Mənidə gərçi aşiqü məşuq bir durur,Məndən dua gedər, nişə səndən cəfa gəlür.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bağışlagil Xətai günahın, əya pəri!Bəxş edə şah neçə ki, quldan xəta gəlür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq