Hər kimə kim, səncəliyən bir pərivəş yar ola,Əqlü huşü xani-manından dəxi avar ola.

Başinə hər kimsənin düşsə saçın sevdaləri,Tərk edüb dünyanı ömründən dəxi bizar ola.

Sən təki aləmdə olmaz, gər olarsa dilbəra,Bu gözü cadusifət, həm qaşları məkkar ola.

Dərdü ğəm gəldikcə səndən, şad olurmən dilbəra,Görüm onları mənim könlümdə bərxurdar ola.

Qıla dönmüşdür vücudim, möhnəti-cövrin çəkə,Sağ gəzən düşmənlərin bu bəndə tək bimar ola.

Həmdəmin daim rəqib olmuşdur ey, gül yüzlü yar,Xanda bir gül bitsə, lazımdır yanında xar ola.

Eşqinə hər kim giriftar oldu, ey kafər necə,Şeyx Sənan tək belinə bağlayan zünnar ola.

Vəsl ilən şad eylə qurtar, dərdü ğəmlərdən məni,Dərdi-hicranın çəkən ki, bu dili-əfkar ola.

Məqtə — şairin təxəllüsü olan son beyt. Varmıdır bir kimsə, yarəb, əhli-üşşaq içrə yar.Bu Xətai xəstədiltək aşiqi-didar ola?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq