Hüsni-rüsxarın, kim, oldu canü dil heyran ona
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hüsni-rüxsarın, kim, oldu canü dil heyran ona,Vədəyi-dövri-qəmərni tapşırır dövran ona.
Çün sənin hüsnün misali-Yusifi-Kənandir,Yüzini hər kim ki, görməz yoxdurur iman ona.
Atəşi-eşqində, ey xunxarə gözlü dilbərim,Öylə yanmışdır bu bağrım yoxdurur dərman ona.
Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman,Qanlı yaşımdan tökər hərdəm gözüm baran ona.
Məqtə — şairin təxəllüsü olan son beyt. Zülməti-zülfində könlü bu Xətai xəstənin,Xızra bənzər kim, görünməz çeşmeyi-heyvan ona.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-husni-ruxsarin-kim-oldu-canu-dil-heyran-ona
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilbəra, dildə sənin mehri-rüxün can kimidir,Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir.
Dilbəra, eşqi-rüxün daim bu can üstündədirDilbəra, eşqi-rüxün daim bu can üstündədir,Bir gülə nisbətdir ol kim, gülsitan üstündədir.
Dilbəra, eşqin sənin cismimdə canım canıdırDilbəra, eşqin sənin cismimdə canım canıdır,Vəsli rüxsarin xəyali könlümün mehmanıdır.
Dilbarə, eşqin tənimdə sevgili candır manaDilbəra, eşqin tənimdə sevgili candır mana,Pərtövi-mehri-rüxun xurşidi-tabandır mana.
Başqa şairlərin şeirləri · Eşq
Driğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.
Ha bular, bularSəhər dost zülfünə şanə çəkəndə,Yayılar aləmə ha bular, bular.
دمشق عشق شد این شهر و مصر زیباییز حسن طلعت این دلبران یغمایی
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.