Ha bular, bular
Səhər dost zülfünə şanə çəkəndə,Yayılar aləmə ha bular, bular.Hər kəs ki, sidqilə murad istiyə,Əlbəttə, mətləbin ha bular, bular.
Sərrafın dəstində nə danə dedim,Xalın can quşuna nə danə dedim,Sirrin dərdin bilməz nadanə dedim,Anlamaz, başını ha bular, bular.
Bayqu üçün məskən oldu o diyar,Qəmzən ilə bağrım başın odduyar,Evdən çıxdı yalın qılınc odu yar,Bilirəm qanıma ha bular, bular.
Aşığı kəlbin tək kim dərdə saldı?Könlünün şəbnəmin kim dərdə saldı?Bu Mücrim Kərimi kim dərdə saldı?Ah çəkib gözlərin ha bular, bular.
Kitabxana.az · https://kitabxana.az/works/mucrum-kerim-ha-bular-bular
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.
Cün eşitdim, ey əzizim, sahibazar-olmusanCün eşitdim, ey əzizim, sahibazar-olmusan,Gərdişi-dövran ilə dərdə giriftar olmusan.
ƏlvidaEy könül, fikrin nədi, çün gəldi hicran, əlvida!Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!
Biri mənəm, biri, yarəb, kim olaFələyin əlindən qılan ahu zar,Biri mənəm, biri, yarəb, kim ola?
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
ÇaphaçapBir gün iki sultan bir taxta çıxmış,Ox atarlar bir-birinə çaphaçap.
به صد آشفتگی چون موج هر سو بیقرار افتمکه زین دریای توفانخیز شاید بر کنار افتم
Qıj-qıjQış çiləsi Xıdır İlyas gələndə,Hərlənir gərdişi, ay elər qıj-qıj.