İki aləmdə sultandır qələndər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
İki aləmdə sultandır qələndər,Qədim küfrü imandır qələndər.
Qələndərdir həqiqət sirri-kovneyn,Əmiri-həyyi fərmandır qələndər.
Qələndər Mustafavü Mürtəzadır,Zəhi cism ilə həm candır qələndər.
Cahan içində sər tapa bürhənə,Şahin eşqinə qurbandır qələndər.
Müsafirlər ki, məsti-candı həqdən,Vüsali-şahə mehmandır qələndər.
Cəhanın darini buldu gəda buş,Əcayib əhli-imandır qələndər.
Keç indi şöhrəti-aləm göründü,Hesaba cümlə ehsandır qələndər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Vilayət Kəbəsin açdı Xətai,Qulami-şahi-mərdandır qələndər.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-iki-alemde-sultandir-qelender
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
Bu tübşi kim, yeri dər, ziri-padırBu tübşi kim, yeri dər, ziri-padır.Fələklər çərxi anın rəhnümadır.
Bürpərəst oldu könül, bütxanələr küncündədirBütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Cahanda aşiqin çox adı vardırCahanda aşiqin çox adı vardır,Ki, hər birisinin bir dadı vardır.