İşim eşqində fəryad eyləməkdir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
İşim eşqində fəryad eyləməkdir,Visalın vədəsin yad eyləməkdir.
Xərab etdi, demən, eşqin könülmü,Bəs, ol virani abad eyləməkdir.
Bu könlüm adəti hər şəb ğəmində,Fəğanü ah bünyad eyləməkdir.
Verür mən ğəm dilə ümmidi-vəslin,Bu rəsm ilən onu şad eyləməkdir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai qulluğun məqbul qılsan,Bu gün yüz bəndə azad eyləməkdir.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-isim-esqinde-feryad-eylemekdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta mənim könlümdə, cana, həsrəti-cananədir,Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.
Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirŞəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.
Şəmi-hüsnin çövrəsində canü dil pərvanədirŞəmi-hüsnin çövrəsində canü dil pərvanədir,Yanmayan ol şəmə qarşı bixəbər pərva nədir?
Ta camalın nuri çeşmimdən nihan olmuş dururTa camalın nuri çeşmimdən nihan olmuş durur,Gecə-gündüz işim, ah ilə fəğan olmuş durur.
Başqa şairlərin şeirləri · Eşq
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Aqronom oğlanKəndimizə gələn, aqronom oğlan,Tarlalar əlinlə gülzara dönür.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.