Könlümü alan mənim ol dilrüba yarım durur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Könlümü alan mənim ol dilrüba yarım durur,Gərçi könlümni alur, amma ki, qəmxarım durur.
Necə kim, cövri-cəfa qılsan bu mən dilxəstəyə,Eyləmən ondan şikayət kim, vəfadarım durur.
Gecələr də uyxu gəlməz gözümə qan ağlaram,Köydəki kövkəb deyil, şol çeşmi-bidarım durur.
Tanrı üçün, yola gəlsən, bir qədəm ahəstə bas,Ayağın altında topraq cismi-bimarım durur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai afitabə eylədi göydə nəzər,Yar aydır, kim; "ona bax, əksi-rüxsarım durur".
Kitabxana.az · https://kitabxana.az/works/xetai-konlumu-alan-menim-ol-dilruba-yarim-durur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənəm bir tən və leykin can onundur,Ki, hər kim can qıyar canan onundur.
Mənim ol, suvlu yarım gəldi xoşdurMənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.
Mənim yolumda yektalər gərəkdirMənim yolumda yektalər gərəkdir,Dini, imanı yəğmalar gərəkdir.
Minbəd əgər mənimlə həbib olsa aşinaMinbəd əgər mənimlə həbib olsa aşina,Mən canımı yolunda onun eylərəm fəda.
Başqa şairlərin şeirləri · Eşq
چون داغ لاله عشق مکیده است خون ما
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Zay olmusanYazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,