Yanağın ey pəri can mənzilidir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yanağın ey pəri can mənzilidir,Bu bülbülnün gülüstan mənzilidir.
Ayağın basdığı yer, ey dilaram,Bu mur üçün Süleyman mənzilidir.
Saçının zülmətində təşnə Xızrəm,Dodağın abi-heyvan mənzilidir.
Bitibdir qamətin çeşmim üzündə,Nə xoş sərvi-xuraman mənzilidir.
Götürmə ağ yüzündən qarə zülfün,Ki, əqrəb mahi-taban mənzilidir.
Mürad üçün gəlibdir dil qapına,İnayət qıl ki, ehsan mənzilidir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xətai könlünə yar mehri düşdü,İmarət qıl ki, sultan mənzilidir.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-yanagin-ey-peri-can-menzilidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fələknin gərdişindən dadü fəryad,Məni ayırdı səndən dadü fəryad.
Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mənəGetdi ol dilbər, bəsi dərdü bəla qaldı mənə ,Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mənə .
Getdi ol məhru yanımdan, yüz cəfa qaldı manaGetdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,Cövr bilmən, kim, bəlayi-müntəha qaldı mana.
Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedərGetmə sən eşqin ki, bir kənci-nihan əldən gedər,Bil ki, sən getsən yanımdan təndə can əldən gedər.
Başqa şairlərin şeirləri · Eşq
باشد از غیب به روی تو دری بگشایند
Eyləyən halimi viranə mənim dilbər olubEyləyən halimi viranə mənim dilbər olub,Gətirən qəlbimi suzanə o məhmənzər olub.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
DeyərsizHələ qəflətdəsiz, yatmısız belə,Sayıb məni bir divana deyərsiz.