Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs.

Eşq dəryasına cumdu bu könül qafiləsi,Ah, qulağıma gəlir naleyi-fəryadi-cərəs.

Yandı eşqində üzərlik kimi biçarə könül,Olmadı yar hələ bunca cəfa aşiqə bəs.

Razıyam hər qəminə, harda sənin insafın?Etdi hicrin məni, ah, bir quru əfsürdə qəfəs.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bənd olub nakəsə əl çəkmə bu Şaiqdən, aman!Nə rəvadır tuta gövhər yerini xar ilə xəs.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq