Təbriz gözəlinə
Çox da fikir vermə danışıqlara,Bilirəm, ürəyin mənə bağlıdır...Nədir o başına örtdüyün qara?Bizim ki, eşqimiz bir el nağlıdır...Bilirəm, ən şirin röyalarda sənDeyirsən: "Sevgilim gəlirmi ola?"Xəyalım əyilir, öpür əlindən;Güllü yaylığınla çıxırsan yola...Nədir bu həsrətin adı, ünvanı?Baisin evində işıq yanmasın!Ah, Araz, ah, Araz, vədimiz hanı?Bir ürək ikiyə parçalanmasın!..Ayırdı bir vurğu əzəldən bizi...Parladı şahların qan rəngli tacı,Sıxlaşan bir duman aldı Təbrizi;Fələk bəxtimizə baxdı qıyqacı...Anan vərəmlədi yoxsul yuvada,Soyuq bir məzarı əlinlə qazdın;Baban öküzüylə öldü tarlada,Bütün bir tarixi sinənə yazdın...Mən də bu yolları keçmişəm, sonam!Mənim də ən dərdli bir keçmişim var.Təbibsiz, davasız can verdi anam,Yaslı köynəyini geyindi dağlar.Demək ki, dərdimiz-sərimiz birdir,Həyatın qızıdır məhəbbətimiz...Gəl duraq diz-dizə, günləri bir-birSayıb, hesablayaq yaşımızı biz.Axşam sularının zümzüməsidir,Mənim telli sazım, səninsə tarın;Yazıq bir ananın hicran səsidirMənim zil şikəstəm, sənin qatarın.Olub keçənlərə gəl qələm çəkək,Dünən bu gün üçün bir yadigardırBilirəm, sevgilim, bilirəm gerçək,Sizdə qış günüdür, bizdə bahardır...Odur, bax o qıza, bax o gəlinə,Baxdıqca qaynayır insanın qanı;Azadlıq bayrağın alıb əlinə,Günəş salamlayır Azərbaycanı.Bir yeni rəng alır Mil də, Muğan daBu bayram günündə, bayram ilində.Alim də, şair də, dağda çoban daDeyir mahnısını ana dilində.Gülür dodaqlarda yeni bir zəfər,Zəfərdən-zəfərə qüvvət alalı.Güdür gözü kimi har qızıl əsgərQanla qazanılan bir istiqlalı.Sevənlər az deyil bizim Vətəni,Günəşə gözlərim açiq gedirəm.Böyük bir ölkənin adından səniBu bayram günunə dəvət edirəm.Gözlərin dolmasın!.. Dayan bir az da!Qəlbin də, sevgin də, dərdin də haqdır...Azadlıq bayrağı güllü bir yazdaTəbrizin üstündə parlayacaqdır!O bayram gününə inanıram mən,Araz yol verəcək üstündən bizə.Pioner oğlumun tutub əlindən,Qonaq gələcəyəm qoca Təbrizə!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-tebriz-gozeline
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Firudin İbrahiminin xatirəsinə*Dostum, sənin xatirən əbədi munisimdir,
MərsiyəCavan öldün, dünyadan kam almadın,Çox çalışdın, zəhmətdən heç doymadın.
Şeyx Səfi məqbərəsiQədim Ərdəbilin sinəsi üstdə,Günbəzi qızılı bir məqbərə var.
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,