Yüz dərdə
Aman gözəl, əlac eylə dərdimə,Səndən ötrü mən düşmüşəm yüz dərdə.Ləblərindən özgə şəfa bilmərəm,Əgər gəlsə mən xəstəyə yüz dərd də.
Xallarındı can quşuna ya sərdən,Harda görsən hazar eylə yasərdən.Səni görcək ağlım getdi ya sərdən,Divanətək gözüm qaldı yüz dərdə.
Abdullaya göstərginən bağı sən,Tax boynuma gülabatın bağı sən.Naz ilə gir, seyr elə gəl bağı sən,Süsən-sünbül, qönçə gülü yüz dər də.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-yuz-derde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib"Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib",Ey bəşər surətli rəhman, vey mələksima həbib!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!