Ey dəhanı şəkər, ləbləri qəndab,Tən edər ləzzətdə ozər babısan!Camalına kimsə olmaz bərabər,Xəttü xal kanısan, ozər babısan.

Eşqim olmuş mənim bir belə dərya,Rəqibin gözünə bir belə dərya,Tufan oldu doldu bir belə dərya,Gözümdən ki, tökdün o zərb abı sən.

Vəchindəki bənzər ay olar zayə,Verdilər ömrümü ay olar zayə,Salır qəmzən məni ay o lərzayə,Üz sinəm üzərə o zər babısan.

Çağır Şahi-mərdan o heylər səniƏm dostun ləbindən hey elər səni.Görüm, rəqib, vursun həyələr səni,Çünki sən yamansan öz ərbabı sən.

Vaqif der, şanə çək zülfə, əlayıq,Sərxoşunam, olmamışam əlayıq,Çün bərabər qamətinə əlayıq,Geyib sallan başdan o zərbabı sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq